Ağ Ev koronanın mənbəyini tapdı – Uhandakı dəlillər artıq ABŞ-ın əlindədir

Ağ Ev koronanın mənbəyini tapdı – Uhandakı dəlillər artıq ABŞ-ın əlindədir

Hazırda oxunan: Ağ Ev koronanın mənbəyini tapdı – Uhandakı dəlillər artıq ABŞ-ın əlindədir

31365

ABŞ kəşfiyyatının koronavirusun mənşəyini öyrənmək üçün apardığı araşdırmalar artıq nəticəsini verməyə başlayıb.

Bizim.Media "cnn news"-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar kəşfiyyatı "Covid"in hazırlandığından şübhələndikləri Çinin Uhan şəhərindəki laboratoriyadan ümumilikdə 22 min genetik kodu əldə etməyi bacarıb.

Belə ki, həmin laboratoriyada aparılan tədqiqatlar haqqında informasiyaların bir qismi 2019-ci ilin payızına kimi internetdə açıq şəkildə paylaşılırdı.

Lakin sonrada Çin hökuməti bütün məlumatları ictimaiyyətdən gizlətdi və Ümumdünya Səhiyyə Təşkilatına hər hansı araşdırma aparmağa imkan vermədi.
 

MÖVZU İLƏ BAĞLI:

İnfeksionistdən “korona” dərmanları ilə bağlı ŞOK AÇIQLAMA


Lakin indi vəziyyət kökündən dəyişib və bir sıra informasiyalar artıq ABŞ kəşfiyyatının əlindədir. Buna baxmayaraq, araşdırmaların tam nəticə verməsinin hələ yaxın müddətdə mümkün olmadığı bildirilib.

Belə ki, "cnn"-ə qeyd olunan məlumatları verən şəxs, kəşfiyatın əlində genetik kodları oxuya bilən ixtisaslı kadrların azlığı, eyni zamanda bioloji təcrübəsi olan alimlər içərisində də qurumun güvəndiyi insanların çox olmamasının tədqiqatların gedişində əsas maneə olduğunu qeyd edib.

Hələlik əsas cavab axtarılan sual isə, virusun heyvanlardan insanlara necə keçdiyidir. Belə ki, bir sıra mütəxəssislər "Covid"in yarasadan insana birbaşa keçməsinin mümkün olmadığını iddia edirlər.

Bunun üçün hər hansı laboratuar müdaxilə və ya ara növə ehtiyac olduğu qeyd edilir. 

Kəşfiyyata yaxın olan başqa bir mənbə isə, internetdən silindiyi bildirilən 22000 nümunə arasında koronavirusun mənşəyini öyrənmək üçün yetərli informasiyanın olmasına şübhə ilə yanaşırlar. 
 

Məsələ ilə bağlı mediada yayılan xəbərləri ABŞ kəşfiyyatı nə təsdiq, nə də inkar edib. Lakin Birləşmiş Ştatlar kəşfiyyatının eks-direktoru məsələ ilə bağlı verdiyi açıqlamada qurumun əlində "Covid"in mənşəyi ilə bağlı yetərli dəlilin olduğunu bildirib.


Xatırladaq ki, Ağ Ev rəhbəri Co Bayden bir müddət əvvəl etdiyi çıxışda yaxın zamanlarda koronanın mənşəyi ilə bağlı gerçəkliyin bütün dünyaya elan olunacağını demişdi.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO