Kaliforniyada yanğın səngimir: daha 15 min adam təxliyə ediləcək – VİDEO

Kaliforniyada yanğın səngimir: daha 15 min adam təxliyə ediləcək – VİDEO

Hazırda oxunan: Kaliforniyada yanğın səngimir: daha 15 min adam təxliyə ediləcək – VİDEO

31304

ABŞ-ın Şimali Kaliforniya bölgəsinin səlahiyyətliləri ştatda üç həftədir davam edən Dixie yanğını səbəbiylə təxminən 15 min adamın təxliyə edilməsinin lazım olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “ABC 7” nəşri yayıb.

Mənbə yazır ki, yanğının öhdəsindən gəlmək və yayılmasının qarşısını almaq hələ də mümkün deyil.

İyulun 13 -də qeydə alınan yanğın, əhalinin təxliyəsinin davam etdiyi Butte və Plumas dairələri ərazisində başlayıb. Çərşənbə axşamı günü yeni fokuslar kəşf edilib, bununla əlaqədar olaraq təbii fəlakət zonasından daha 15 min insanı çıxarmaq zərurəti yaranıb. Rəsmilər əlverişsiz hava şəraitinin vəziyyəti daha da ağırlaşdırdığını deyib. 

Minlərlə yanğınsöndürən fövqəladə vəziyyətə hazırlaşır. Səlahiyyətlilərə görə, bölgədə saatda 64 km sürətlə külək əsəcək, isti və quraqlığın olacağı deyilir.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, yanğın artıq 112,5 min hektardan çox ərazini əhatə edib, 60-dan çox bina dağılıb, 12 minə yaxını isə məhv olmaq təhlükəsi altındadır. 

Bu vaxta qədər xilasetmə xidmətləri yanğının yalnız 35% -ni söndürməyi bacarıb. Qurum yanğını avqustun 13-dək tamamilə söndürmək planını qarşılarına məqsəd kimi qoyub.

Bizim.Media
 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO