Ermənistan nazirlər kabinetində yarpaq tökümü davam edir

Ermənistan nazirlər kabinetində yarpaq tökümü davam edir

Hazırda oxunan: Ermənistan nazirlər kabinetində yarpaq tökümü davam edir

3123

“Arakelutyun" partiyasının lideri və baş nazir Nikol Paşinyanın müşaviri Mesrop Arakelyan sosial əmək və sosial məsələlər nazirliyinə rəhbərlik edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

"Mənə nazirliyə rəhbərlik təklif etdilər, bu vəzifəni tutmağa razılıq verdim”.

Xatırladaq ki, hazırda nazirliyə Zarui Batoyan rəhbərlik edir. Müharibədən əvvəl və müharibə müddətində ondan xeyli şikayətlər olub.

Erməni mətbuatı Ermənistanın fövqəladə hallar nazirliyinə namizəd olan şəxsin də adını açıqlayıb.

Belə ki, Feliks Çolakyanın yerinə Ermənistanın 5-ci ordu korpusunun rəhbəri Andranik Piloyanın təyin ediləcəyi deyilir.

Xatırladaq ki, Piloyana ikinci Qarabağ müharibəsində "milli qəhrəman" adı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO