Sosial şəbəkələrdə görüntüləri yayıldı – Polis tutdu – VİDEO

Sosial şəbəkələrdə görüntüləri yayıldı – Polis tutdu – VİDEO

Hazırda oxunan: Sosial şəbəkələrdə görüntüləri yayıldı – Polis tutdu – VİDEO

31149

Son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsin videosu yayılmışdı. Əhali arasında belə fikir formalaşmışdı ki, niyə polis əməkdaşları bu narkotacirin əməlinə göz yumur. 

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyi həmin görüntüləri araşdırıb.

Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda narkotik becərən şəxs polisə atəş açdı - FOTO


Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib.

Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO