Türkiyədə iyunun 28-də başlayan yanğınlar, orada həlak olan insanlar, diri-diri yanan heyvanlar dünyanı təlatümə gətirsə də, erməniləri sevindirib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan erməni qızının videosu buna aydın sübutdur. 44 günlük müharibə dövründə bütün dəstəyi ilə Azərbaycanın yanında olan Qardaş Türkiyənin əlindən yanıqlı olan ermənilər, bu dəfə nifrətlərini gizlətməyi bacarmayıblar.
Görüntüdə erməni qızı Türkiyədə yaşayan bütün ermənilərə müraciət edərək bildirir:
“Mən bütün Türkiyədə yaşayan ermənilərə müraciət edirəm. Uşaqlar, diqqətli olun. Bu alov düz 44 gün yanmağa davam etməlidir”.
Erməni qızının bu cür müraciətini açıq-aydın terrora çağırış kimi qiymətləndirmək olar.
Xatırladaq ki, Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu üzərinə götürüb.
Bu təşkilat PKK nəzdində yaransa da, daim erməniləri müdafiə edib. Yayılan məlumatlara görə, 2019 və 2020-ci illərdə erməniləri müdafiə edən bu terror təşkilatının maliyyəçiləri içərisində ABŞ və Fransadakı erməni fondları da var.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
11:22 / 04.08.2021
Türkiyədəki yanğınlara sevinən ermənilər – “Qoy, alov 44 gün sönməsin” - VİDEO
Hazırda oxunan: Türkiyədəki yanğınlara sevinən ermənilər – “Qoy, alov 44 gün sönməsin” - VİDEO
Hazırda oxunan: Türkiyədəki yanğınlara sevinən ermənilər – “Qoy, alov 44 gün sönməsin” - VİDEO
31120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.