Belaruslu idmançı Polşaya uçmaqdan vaz keçdi - SƏBƏB

Belaruslu idmançı Polşaya uçmaqdan vaz keçdi - SƏBƏB

Hazırda oxunan: Belaruslu idmançı Polşaya uçmaqdan vaz keçdi - SƏBƏB

31104

Belarus idmançısı Kristina Timanovskaya Tokionun Narita hava limanında Varşavaya uçmazdan bir az əvvəl Avstriya Hava Yollarına məxsus sərnişin təyyarəsinə minərək Vyanaya gedib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Narita hava limanındakı bir mənbə deyib.

Timanovskayanın uçuşunu dəyişməsinə nə səbəb olduğu barədə məlumat verilmir.

TASS yazır ki, təsdiqlənməmiş məlumatlara görə, müvafiq qərarı Timanovskayanı müşayiət edən Polşa səfirliyinin əməkdaşları qəbul ediblər, çünki bir neçə xarici jurnalist də Tokiodan Varşavaya uçmaq istəyib.

Daha əvvəl Timanovskayanın Polşanın Tokiodakı səfirliyini tərk etdiyi və Varşavaya uçmaq üçün Tokio Narita hava limanına gəldiyi deyilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO