Milli Məclisin deputatları yenidən tətilə çıxıblar.
Bizim.Media xəbər verir ki, parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.
Qeyd edək ki, Milli Məclisin 53 deputatı növbədənkənar sessiyanın çağırılması üçün sədr Sahibə Qafarovaya müraciət etmişdi. S.Qafarova avqustun 3-də növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalamışdı. Bu gün növbədənkənar sessiyanın iclası keçirilib. Toplantı başa çatıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Bizim.Media
![Deputatlar yenidən tətilə çıxdılar Deputatlar yenidən tətilə çıxdılar](https://bizim.media/file/articles/2021/08/03/1627980636_0de-4-kcur.jpg)
- A-
- A
- A+
Siyasət
12:49 / 03.08.2021
Deputatlar yenidən tətilə çıxdılar
Hazırda oxunan: Deputatlar yenidən tətilə çıxdılar
Hazırda oxunan: Deputatlar yenidən tətilə çıxdılar
30993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12