Bakı küçələrinin dezinfeksiyasına yenidən başlanıb

Bakı küçələrinin dezinfeksiyasına yenidən başlanıb

Hazırda oxunan: Bakı küçələrinin dezinfeksiyasına yenidən başlanıb

30893

Şənbə günü paytaxt Bakıda yenidən xeyli müddətdir ki, dayandırılan dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyri-sabit havanın fəsadlarının qaldırılması və şəhərdə genişmiqyaslı təmizlik işlərinin aparılması məqsədi ilə paytaxtın bütün rayonlarında genişmiqyaslı iməcilik keçirilib. İməcilik zamanı səkilərin kənarlarının, bordyurların, işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası, toz-torpağın təmizlənməsi həyata keçirilib. 

Bəs, koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam edəcəkmi? 

Bakı Şəhər İcra akimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Bizim.Media-ya açıqlamasında bildirib ki, bütün məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargsah tərəfindən tənzimlənir: 

“Onlar hansı qərarı qəbul edəcəklər, biz icraedici orqan kimi onu həyata keçirəcəyik”.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO