Bakıda iməclik keçirildi - FOTO

Bakıda iməclik keçirildi - FOTO

Hazırda oxunan: Bakıda iməclik keçirildi - FOTO

30642

Bakı şəhərində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların qarşısı elə həmin gün paytaxtın kommunal və digər xidmət işçiləri tərəfindən operativ şəkildə alınıb. Eyni zamanda küləyin yaydığı toz-torpağın binaların fasadlarından, mağaza, ictimai iaşə və digər obyektlərin vitrinlərindən, reklam lövhələrindən təmizlənməsi zərurəti yaranıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, iyul ayının 31-i səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı daxili iməclik keçirilib.

Daxili iməclik zamanı prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası, yol kənarlarına yığılan toz-torpağın təmizlənməsi həyata keçirilib.

Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO