İl yarımdır ki, bəşəriyyət COVİD-19 pandemiyasının ağuşunda çırpınır. Dünyanın bir parçası olan Azərbaycan da artıq ikinci ildir ki, pandemiyaya qarşı yaşam mübarizəsi aparır.
Amma nə yazıq ki, mübarizəmiz istənilən miqyasda və lazımı keyfiyyətdə deyil. Elə son günlər yoluxmalardakı dinamika da bunu sübut edir.
Mübarizəmizin zəif təşkil edilməsininsə müəyyən səbəbləri var. Bunlarında ən birincisi cəmiyyət olaraq pandemiyaya inamsızlığımız və beynəlxalq qurumların tövsiyyələrinə biganə münasibətimizdir. Əksər ölkələrdə dövlətlə cəmiyyət bu dəhşətli bəlaya qarşı birgə mübarizə aparır. Bizdə isə mübarizəni təkcə dövlət və onun müvafiq qurumları aparır. İnsanlarsa bütün deyilənlərə əllərini yelləyib gedirlər. Yoluxma və ölüm sayı isə günbəgün artır.
MÖVZU İLƏ BAĞLI:
Koronavirus və qripin fərqi nədir?
Bəs nə etməli?
Təbii ki, bu məsələdə Amerika kəşf eləmək lazım deyil. Verilən tövsiyyələri eşitmək və peyvənd olmaq indiki halda yetərlidir. Nə yazıq ki, peyvənd məsələsinə də cəmiyyətimizdə münasibət birmənalı deyil. Açığı bu məsələdə əksər ölkələrdə vəziyyət eyni cürdür. Ona görə də bir sıra ölkələrdə vaksinasiyanı mütəşəkkil aparmaq üçün müxtəlif layihələr həyata keçirilir. Bəzi ölkələr peyvənd olanlara pul paylayır, bəziləri lotereya keçirir, bəziləri telefon hədiyyə edir, hətta bəzi ölkələr peyvənd olunan hər kəsə “bir baş” narkotik təklif edir.
Deməli bizdə stimmullaşdırıcı tədbirlər çatmır. Halbuki, bu istiqamətdə kifayət qədər resurslara malikik. Məsələn, “Azərlotereya” ASC vaksinasiyaya yaxşı dəstək verə bilər, həm də xeyli qazanclı çıxar. Beləki, peyvənd olunan şəxslərə 15,20, 25 və daha yüksək faiz güzəştləri ilə lotereya təklif oluna bilər. Nəticədə peyvənd olanlarda müəyyən həvəs yaranar.
“Azərlotereya”nında dövriyyəsi artar. Günə satmazsa, 2 min lotereya, satar, 30- 40 min lotereya. Təbii ki, dövriyyə artdıqca qazanc da artır. Üstəlik müştəri çoxalır.
Və yaxud, Azərbaycan Dövlət Turizm Agentliyi bonus təklifi ilə çıxış edə bilər. Yəni ki, peyvənd olunan insanlara hansısa istirahət mərkəzlərində istifadə üçün güzəşt kuponu verilə bilər.
Ölkəmizdəki mobil operatorlarsa digər maraqlı təklifə çıxış edə bilər. Məsələn, peyvən olunan hər şəxsə yeni telefon nömrəsi və yaxud 2-3 manatlıq və bir az da çox danışıq bonusu təklif olunar. Bu hesaba da həm insanlarda müəyyən aktivlik yarana bilər, həm də ki, mobil operatorların dövriyyəsi artar.
Məsələn, Gürcüstanda karantin dövründa insanların məruz qaldıqları cərimələrə amnistiya tətbiq edildi. Bizdə belə bir addım atılsa nə olar? Əlbəttə ki, təqdirəlayiq addım olar. Bunu başqa cür də etmək mümkündür. Peyvənd olunan hər kəsin cəriməsinin 20-30 faizi, bir az da çox hissəsi bağışlanıla bilər. Onsuz da cərimələnilənlərin çoxunun o pulu ödəməyə imkanı yoxdu.
Reallıqdan çıxış edərək daha çox təkliflər səsləndirə bilərik. Əsas odur ki, bu təkliflər cəmiyyət tərəfindən dəstək qazansın.
O ki, qaldı vaksinasiya prosesindəki təbliğat maşının “priboy” işləməsinə... Bu barədə növbəti yazımızda.
Surxay Atakişiyev, Bizim.Media