ABŞ-da qasırğa: binalar dağıldı, insanlar xəsarət aldı - VİDEO

ABŞ-da qasırğa: binalar dağıldı, insanlar xəsarət aldı - VİDEO

Hazırda oxunan: ABŞ-da qasırğa: binalar dağıldı, insanlar xəsarət aldı - VİDEO

30427

Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb, beş nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli “Bucks County Courier Times” qəzeti yazıb.

Bildirilir ki, təbii hadisə Filadelfiyanın şimal-şərqindəki Bensalem şəhərində avtomobillərə xidmət servisinin və “Faulkner Auto Group” şirkətinin avtosalonunun binasının dağılmasına gətirib çıxarıb.

"Bu dağıdıcı qasırğa idi. Kinoda olduğu kimi idi. Sanki bomba partladı", - yerli İctimai Təhlükəsizlik xidmətinin rəhbəri Fred Xarran deyib.

Qasırğa səbəbindən Baks dairəsində dairəsində azı yeddi min sakin işıqsız qalıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO