Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı açıqlandı - YENİLƏNİB

Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı açıqlandı - YENİLƏNİB

Hazırda oxunan: Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı açıqlandı - YENİLƏNİB

30400

Türkiyənin meşə yanğınları nəticəsində  daha bir nəfər vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli məlumat verib. 

Məlumata görə,Türkiyənin Muğla rayonunda baş verən yanğında  25 yaşındaki Şahin Akdemir adlı gənc bölgədən ayrılmağa çalışarkən motoskletin aşması nəticəsində yaralanıb və alovların arasında qalaraq həyatını itirib. 

Qeyd edək ki, bundan əvvəl meşə yanğınları nəticəsində  daha 3 nəfərin həyatını itirdiyi bildirilmişdi. 

***

Türkiyədə meşə yanğınları nəticəsində 3 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD)  məlumat verilib.

Məlumata görə, hazırda xəsarət alan 58 nəfər isə xəstəxanaya müalicə alır.  Ümumilikdə isə 183 nəfərin xəsarət aldığı bildirilir. 

Qeyd edək ki, Manavqatda başlayan yanğınlar Bodruma da yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO