Pasport elə bir sənəddir ki, hazırda insanların həyatı onsuz təsəvvür olunmur. Şəxsiyyət vəsiqəsi adlandırdığımız sənəd orta əsrlərdə vəba epidemiyasına görə yaranıb.
Bizim.Media xəbər verir ki, qara ölüm adlandırılan vəba orta əsrlər Avropasında tüğyan edirdi. Əgər vəba yayılan ölkədən yolu keçən insan başqa şəhərə getmək istəyirdisə, vəba pasportu təqdim etməli idi.
Sənəd “Passare portus” – latın dilindən tərcümədə “portu keçmək” adlanırdı.
Ətir inqilabı
Bununla yanaşı, vəbaya görə başqa kəşflər də ortaya çıxıb. Çünki 1349-cu ilə qədər vəba Avropada 34 milyon insanın həyatına son qoyub. Ətirlərin icad olunmasını da insanlar vəbaya borcludurlar.
Xoş iylərdən əvvəllər də istifadə olunsa da, ətir inqilabı vəbanın sürətli yayıldığı dövrdə yaşanıb. Ətirlərin geniş yayılmasına tibbi qərarlar da yardımçı olub. Çünki o zamankı həkimlərin fikrincə, viruslar miazmlara (çürüntüdən yaranan bakteriyanın havaya qarışması) yayılırdı. Buna görə də havanı hiss etmək üçün müxtəlif aromatlardan istifadə olunmağa başlandı.
Komediya və ümumdünya cazibə qanunu
Bir tərəfdə virusun can almasına paralel Avropada insanları şənləndirmək üçün müxtəlif tədbirlər keçirilirdi. Bu əsnada isə komediya janrı inkişaf etdi.
Bundan başqa, 1665-ci ildə İngiltərədə vəba xəstəliyi qığılcımlananda Kembric universiteti müvəqqəti bağlanmışdı və o vaxtlar orada çalışan İsaak Nyuton Vulstorpdakı malikanəsinə köçməli olur. Orada almaları müşahidə edən alimi bir sual maraqlandlırmağa başlayıb ki, bu meyvə niyə hər zaman perpendikulyar olaraq aşağı düşür. Bir müddətdən sonra isə o, ümumdünya cazibə qanununu hazırlayıb.
Bununla yanaşı, qara ölümlə I qan qrupu çoxaldı. Bu qan qrupuna aid olanlar arasında vəbaya yoluxanlar az idi. Həmçinin epidemiya cəmiyyətin təbəqələrinə də təsir etdi, çünki vəbaın həyatdan apardıqları əsasən kasıb insanlar olub.
Vəbanın Avropaya müsbət təsirləri
Ziyalıların ortaq fikirinə görə Avropada vəbanın yayılması yeni coğrafi kəşflərə gətirib çıxardı. Vəbaya qədər Avropa çox kasıb qitə olub. Qərblilər vəbalı illəri intibah və çiçəklənmə də adlandırırlar, çünki çoxsaylı memar, rəssam və kəşflər edən alimlər məhz bu dövrdə doğulub, yaxud yaşayıb.
Bizim.Media
- A-
- A
- A+
COP29
09:15 / 30.07.2021
İlk pasport vəba xəstəliyinə görə yaranıb – “Qara ölüm”ün gətirdiyi yeniliklər
Hazırda oxunan: İlk pasport vəba xəstəliyinə görə yaranıb – “Qara ölüm”ün gətirdiyi yeniliklər
Hazırda oxunan: İlk pasport vəba xəstəliyinə görə yaranıb – “Qara ölüm”ün gətirdiyi yeniliklər
30385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.