Taksi sürən azərbaycanlı tələbə Polşada qəza törətdi - FOTO 

Taksi sürən azərbaycanlı tələbə Polşada qəza törətdi - FOTO 

Hazırda oxunan: Taksi sürən azərbaycanlı tələbə Polşada qəza törətdi - FOTO 

30313

Azərbaycanlı tələbə Polşada ağır avtomobil qəzasına düşüb.

Bizim.Media xəbər verir ki, Azərbaycan vətəndaşı Rüfət Muradlı Polşanın paytaxtında yerləşən Varşava İqtisadiyyat və Humanitar Fənlər Universitetində magistr təhsili alır.

Həmyerlimiz həmçinin “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğuldur.

Qəza nəticəsində Rüfət Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobildə olan sərnişin isə qəza nəticəsində həlak olub.

İlkin məlumata görə, R.Muradlının sükan arxasında yuxulaması nəticəsində onun idarə etdiyi avtomobil qarşı yola çıxaraq yük maşını ilə toqquşub.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO