Dövlət Neft Fondunun aktivləri 44 milyard dolları keçdi

Dövlət Neft Fondunun aktivləri 44 milyard dolları keçdi

Hazırda oxunan: Dövlət Neft Fondunun aktivləri 44 milyard dolları keçdi

30087

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6,886.1 milyon manat, büdcə xərcləri isə 4,708.7 milyon manat təşkil edib. 

Bizim.Media xəbər verir ki, 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4,959.1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4,175.0 milyon manat, bonus ödənişləri 768.6 milyon manat, tranzit gəlirləri 10.8 milyon manat, akrhesabı ödənişlər 4.7 milyon manat təşkil edib. 

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1,927.0 milyon manata bərabər olub. 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1,258.2 milyon manat təşkil edib. 

Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 4,696.7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 1.4 milyon manat yönəldilib. 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10.6 milyon manat təşkil edib. 

2021-ci il iyunun 30-a Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43,564.3 milyon ABŞ dolları) nisbətən 1.24% artaraq 44,104.9 milyon ABŞ dolları təşkil edib. 

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO