Az miqdarda alkoqol ürək üçün faydalıdır? – Tədqiqatın nəticələri açıqlandı 

Az miqdarda alkoqol ürək üçün faydalıdır? – Tədqiqatın nəticələri açıqlandı 

Hazırda oxunan: Az miqdarda alkoqol ürək üçün faydalıdır? – Tədqiqatın nəticələri açıqlandı 

0:00
0:00
30066

Britaniyalı alimlər ürək-damar xəstəlikləri olan insanlarda gündəlik istifadə etdikləri alkoqolun dozasından asılı olaraq infarkt, insult, stenokardiya və ürək tutmasından ölüm riskini qiymətləndiriblər. Gündə yarım stəkan şərab içənlər içməyənlərə nisbətən daha az riskə sahibdirlər. Gündə bir stəkan şərab və ya bir şüşə pivə içənlər də təxminən eynidir. 

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “BMC Medicine” jurnalında dərc edilib. 

London universitetinin alimləri İngiltərədəki və Şotlandiyadakı səhiyyə xidmətlərinin məlumat bazalarından, Britaniyanın “UK Biobank”ının və əvvəlki 12 araşdırmanın nəticələrindən istifadə ediblər. 

Ümumilikdə, ürək-damar xəstəlikləri olan 48 mindən çox kişi və qadının son 20 ildə infarkt, insult, stenokardiya və ya ürək tutmasından ölüm halları, habelə istifadə etdikləri alkoqol barədə məlumatlar toplanıb. 

Alimlər gündə 6 qram alkoqol qəbul edənlərdə ürək-damar xəstəliyi və ölüm riskinin minimum dərəcəsini aşkar ediblər.  

Müəlliflər həftədə 105 qrama qədər spirt içməyin ürək üçün təhlükəsiz olduğuna inanırlar. Bu da bir şüşə şərab və ya üç şüşə pivəyə bərabərdir.  

Daha çox içənlər üçün kəskin ürək xəstəliyi riski kəskin şəkildə artır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO