“ƏDV geri al” nağdsız ödənişlərə marağı nə qədər artırıb? – HƏCM

“ƏDV geri al” nağdsız ödənişlərə marağı nə qədər artırıb? – HƏCM

Hazırda oxunan: “ƏDV geri al” nağdsız ödənişlərə marağı nə qədər artırıb? – HƏCM

29998

Azərbaycanda nağdsız ödənişlərə maraq ilbə-il artmaqdadır. Statistik rəqəmlərə baxsaq, hər il bu cür ödənişlərin həcminin özündən əvvəlki illə müqayisədə artımını müşahidə etmiş olarıq. 

Mərkəzi Bankın məlumatına görə, 2021-ci ilin yanvar-may aylarında Azərbaycanda nağdsız ödənişlərin həcmi 3 milyard 489 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,1% çoxdur. Belə  ki, 2020-ci ilin yanvar-may dövründə nağdsız ödənişlərin həcmi 2 milyard 249 milyon manat olub.

Məlumdur ki, nağdsız ödənişlər pul dövriyyəsinin sürətinin artmasına, banklar tərəfindən daha çevik idarəetməyə, böyük məbləğli və təcili ödənişlərin az vaxt ərzində həyata keçirilməsinə imkan verir. Eləcə də “kölgə iqtisaddiyatı”-nın aradan qaldırılması üçün əsas vasitələrdən hesab olunur ki, bu baxımdan da ölkəmizdə nağdsız ödəmələrin həcminin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
 

MÖVZU İLƏ BAĞLI:

Supermarketlər alıcılara KOMPENSASİYA ödəməlidir – HAQQINIZI TƏLƏB EDİN - FOTO


İqtisadçı alim Fuad İbrahimov Bizim.Media-ya açıqlamasında nağdsız ödənişlərə marağın artmasında hökumət tərəfindən atılan stimullaşdırıcı tədbirlərin böyük rolunun olduğunu deyib: 

“Azərbaycanda dövlət orqanları kifayyət qədər stimullaşdırıcı proqramlar həyata keçirib. Təkcə, “ƏDV-ni geri al” tətbiqinə baxsaq, görərik ki, burada əgər nağd ödənişlər üçün geri ödəmə 10 faizdirsə, nağdsız ödənişlər üçün 15 faizdir. Vergilər Xidmətinin timsalında hökumətin bu cür stimullaşdırıcı addımları ilə yanaşı özəl sektorda da həvəsləndirici tədbirlərə rast gəlinir. Məsələn, müxtəlif kartlarla ödənişlər zamanı lotereyalar oynanılır və s”.

Fuad İbrahimov qeyd edib ki, 2015-ci ildən indiyədək nağdsız ödənişlərdə 4 dəfə artım olub: 

“Nağdsız ödənişlər iqtisadiyyatımızın sağlamlaşdırılmasına, “gizli iqtisadiyyat”-ın aradan qaldırılmasına təsir edə biləcək iqtisadi alətlərdən biridir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO