Rəqsanə küsülü olduğu Təranəyə səsləndi:

Rəqsanə küsülü olduğu Təranəyə səsləndi: "Kimləsə sözüm varsa…” 

Hazırda oxunan: Rəqsanə küsülü olduğu Təranəyə səsləndi: "Kimləsə sözüm varsa…” 

29975

Xəbər verdiyimiz kimi prodüser Təranə Səmədovanın anası ürək tutmasından vəfat edib. 

Bizim.Media xəbər verir ki, Təranənin dostları sosial media hesablarında ona başsağlığı veriblər.

Onunla küsülü olan müğənni Rəqsanə də "Instagram" hesabında foto paylaşaraq bu sözləri yazıb: 

"Həyatda övlad üçün yeganə varlıq valideyndir. Belə bir deyim var "Övlad atadan yox anadan yetim qalır".

Təranə ilə münasibətim olmasa da ancaq İradə xalanı həmişə çox istəyirdim. Ondan heç zaman inciməmişəm. Çox yaxşı insan idi. Bilmirəm nədən başlayım, nədən qurtarsın sözüm, donmuşam. Allah rəhmət eləsin. İradə xala, məkanın cənnət olsun. Bizim aramızda Təranə ilə nə baş versə də, mən heç zaman İradə xalaya, Suelə toxunmamışam. Onların adın heç yerdə çəkməmişəm. Mənim kimləsə sözüm varsa özü haqqında deyirəm.

Baxmayaraq Təranə mənim ailəmdən başlayıb həmişə. Köhnə heç nəyə qayıtmıram. Allah Təranəyə səbr, dözüm versin.

Çox çətin olacaq, İradə xalanın həyatda olmamağı. Sueldən başqa heç kim yoxdu. İradə xala onun övladının, özünün arxası, dayağı idi. Möhkəm ol, həyatınnan barışıb övladını böyütməlisən. Bu həyatda başın nələr çəkmədi. Suel üçün ayağa durmalısan. İradə xala, Allah sənə rəhmət eləsin. Qəbrin nurla dolsun". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO