Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
İlham Əliyevin digər sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Dövlət başçısı, həmçinin Vaqif İsmayıl oğlu Sadıqovu Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri, Elnur İxtiyar oğlu Sultanovu Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Sərəncamla Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bizim.Media