Uşaqlar valideynlərin əlindən nə zaman alına bilər? – Zorakılıqla bağlı YENİ QANUNA ehtiyac var 

Uşaqlar valideynlərin əlindən nə zaman alına bilər? – Zorakılıqla bağlı YENİ QANUNA ehtiyac var 

Hazırda oxunan: Uşaqlar valideynlərin əlindən nə zaman alına bilər? – Zorakılıqla bağlı YENİ QANUNA ehtiyac var 

29963

2021-ci ilin birinci yarımilində 4 valideynin valideynlik hüquqları məhdudlaşdırılıb, 6 uşaq onlardan alınaraq, uşaq sığınacağına və körpələr evinə yerləşdirilib.

Bu barədə Baş Prokurorluqda keçirilən müşavirədə bildirilib. Qeyd olunub ki, uşaqların qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar iddialar qaldırılan məhkəmələr belə qərar verib.
 

MÖVZU İLƏ BAĞLI:

Qadın qanına niyə SUSAMIŞIQ? – “Ölkəmizi İsveçrə və Hollandiya ilə müqayisə etmək olmaz”


Bəs Azərbaycan qanunvericiliyinə görə, hansı hallarda validenlər valideyn hüququndan məhrum edilir, qanunlar hansı hallarda uşaqların valideynlərdən alınmasını diqtə edir?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, təəssüf ki, Azərbaycan qanunvericiliyində valideynlik hüququndan məhrumetmə ilə bağlı konkret müddəalar yoxdur: 

“Bir şəxs əleyhinə cinayyət baş veribsə, onun valideyn və ya başqası tərəfindən baş verməsinin hər hansı fərqi yoxdur. Əmələ görə qərar verlir. Valideynlik hüququndan məhrum olunanlar valideynlik vəzifələrini yerinə yetirməyənlərdir. Uşağa qarşı zorkılıq halları valideynlik hüququndan məhrumetməyə gətirib çıxarır”.

Hüquqşünas deyib ki, bu günlərdə mətbuat səhifələrində geniş yer alan uşaqlara qarşı zorakılıq halları ilə bağlı valideynlik hüququnun alınması ilə yanaşı hüquqi təqibin də başlanacağı gözlənilir:

“Döymə, xəsarət yetirmə, təhlükədə qoyma məsuliyyət yaradır”.

Əsabəli Mustafayev deyib ki, bəzi hallarda ana və ya ata uşağı atıb gedir, uşağı himayəsinə götürən şəxsin isə qəyyumluq hüququ olmadığı üçün ciddi problemlər yaranır:  

“Baxçaya, məktəbə qoymaqla, digər sənədləşdirmə işləri ilə bağlı nənə, baba və ya digər şəxs müraciət edə bilmir. Bu cür hallarda ana və ya ata tapılmasa belə, qiyabi sürətdə valideynlikdən məhrum edilir. Yəni hər zaman bu cinayətlə bağlı olmur”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO