Qadın qanına niyə SUSAMIŞIQ? – “Ölkəmizi İsveçrə və Hollandiya ilə müqayisə etmək olmaz”

Qadın qanına niyə SUSAMIŞIQ? – “Ölkəmizi İsveçrə və Hollandiya ilə müqayisə etmək olmaz”

Hazırda oxunan: Qadın qanına niyə SUSAMIŞIQ? – “Ölkəmizi İsveçrə və Hollandiya ilə müqayisə etmək olmaz”

29957

Son günlər Azərbaycanda məişət zəmnində baş verən qətllərin sayı artıb. Ailədaxili münaqişələr və məişət zorakılığından doğan cinayətlərdə isə ən çox qadınlar əziyyət çəkir. Araşdırmalar göstərir ki, dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır.

Azərbaycanda da demək olar ki, hər gün mətbuatda məişət zorakılığı ilə bağlı qətl  hadisələri, intiharlar, xüsusilə də kişilərin öz həyat yoldaşını öldürmələri ilə bağlı xəbərlər eşidirik.

Hadisənin səbəbində isə qısqanclıq nüansı dayanır. Qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması ictimaiyyətdə narahatlıq doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda hər 32 dəqiqəyə bir ailə dağılır – SOS!!!
 


Üstəlik hər gününü zorakılıqla keçirən, amma səsini çıxarmayan, əri tərəfindən qətlə yetiriləcəyindən qorxub boşanmayan kifayət sayda qadın da var. 

Məlumat üçün bildirək ki, paytaxt Bakıda prokurorluq və daxili işlər orqanları üzrə 2021-ci ilin birinci yarımilində 5992 hadisə qeydə alınıb. Hansı ki, bu rəqəm ötən ilin müvafiq dövründə 5362 olub. Demək ki, 630 cinayət hadisəsi artıb. Onlardan ağır və xüsusilə ağır cinayətlərin sayı isə 286 vahid artaraq 1075 olub. Bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov qurumun bu ilin ilk yarısı ilə bağlı fəaliyyətinə dair əməliyyat müşavirəsində bildirib. Onun sözlərinə görə qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,7% olub.

Qeyd olunub ki, hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 2 fakt artaraq 25 cinayət hadisəsi qeydə alınıb. 

Psixoloqlar hesab edir ki, cinayət törətmək yaradılış etibarilə insanın xislətində var. Çünki hər kəs pozitiv olduğu qədər, neqativ hisslərə də malikdir. İnsanın düşdüyü mühitdən asılı olaraq hansının daha çox cücərib inkişaf elmək şansı varsa, o hisslər də qabarıq olur. Bu baxımdan pis və yaxşı insanlara bölünürük.

Kriminalist Mahmud Hacıyev Bizim.Media-ya açıqlamasında deyib ki, insan faktoru olan yerdə cinayətlərin baş verməsi təbiidir:

“Cəmiyyət, insan faktoru varsa, cinayət də olacaq. İstər qətl, istər oğurluq, istərsə də soyğunçuluq olsun, cinayətsiz cəmiyyət ola bilməz. Əgər ötən ilin 6 ayı ilə müqayisədə bu ilin 6 ayında cinayətlərin sayı artıbsa, növbəti 6 ay bu faktor azala bilər. Bu qanunauyğunluqdur və hər yerdə belədir. Düzdü dünya kriminalistləri bildirir ki, nisbətən tamah motivli cinayətlərdə artım var. Məsələn narkomaniya, sərxoşluq kimi tamah motivli cinayətlərin səbəbi sosial-iqtisadi problemlərdir. Ölkəmiz müharibədən yenicə çıxıb. İnsanların psixologiyasına, əhval-ruhiyyəsinə və xarakterinə müharibə təsir edir. Əlbəttə ki, bütrün bu məqamlar da cinayət ahdisələrinin artmasına təsir edir. Amma cinayətlərin artımı təccüb doğursa da, bunu sensassiya kimi deyil, qanunauyğunluq kimi qəbul etmək lazımdır”.

Qadın qətllərinin çoxalmasına gəlincə, Mahmud Hacıyev bu məsələni belə izah edib:

“Azərbaycan Qafqaz ölkəsi olduğu üçün digər dövlətdlərdən xarakterik xüsusiyyətlərinə görə fərqlənir. Ölkəmizi İsveçrə və Hollandiya ilə müqayisə etmək olmaz. O ölkələrdə bəlkə də ər arvadı öldürməz. Amma Cənubi və Şimali Qafqazda, eləcə də İtaliyada bu tip qətllərin baş verməsi mümkündür.  İnsanların hamısının tərbiyəsi, savadı, intellekti, dünya görüşü və həyata baxışı eyni deyil. Nəticədə insan faktorudur”.

Alçina Amilqızı, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO