Qulu Məhərrəmli ittihamlara cavab verdi: “Heç bir oyunda iştirak etmirik” - FOTO 

Qulu Məhərrəmli ittihamlara cavab verdi: “Heç bir oyunda iştirak etmirik” - FOTO 

Hazırda oxunan: Qulu Məhərrəmli ittihamlara cavab verdi: “Heç bir oyunda iştirak etmirik” - FOTO 

0:00
0:00
29927

“Bəziləri özünü cəmiyyətin gözündən elə salıb ki, hətta ən insani məsələdə belə adın onlarla bir siyahıda olanda səni yanlış anlayır, sənə görə məyus olur, qınayır, haqqında yanlış fikirlərə düşürlər. Kəmfürsətlər isə bundan  sənə qarşı ləyaqətsiz şəkildə istifadə etməyə çalışırlar”. 

Bizim.Media xəbər verir ki, bunu özünün Facebook səhifəsində tanınmış jurnalist Qulu Məhərrəmli yazıb. 

“Məlum "ev məsələsi"ndə kimlərsə fərqli maraqlar güdə bilər, amma Arif Əliyev və mən lap əvvəldən prinsip məsələsindən çıxış etmişik. Bu prinsip ondan ibarətdir ki, özünü jurnalist sayan kəslər ictimai maraqlara xidmət edirsə, hökumətdən ev hədiyyə ala, medianı və peşəni mənəvi iflasa uğrada bilməz. Elə şərait olmalıdır ki, cəmiyyətdə ehtiyacı olan hər kəs, o cümlədən jurnalistlər mənzil ehtiyaclarını sosial ipoteka hesabına həll edə bilsinlər!”, deyə o, qeyd edib. 

“Kimsə bu siyahı və müraciət məsələsini OYUN hesab edə bilər, amma səmimi dostlar və ləyaqərli həmkarlar bilsinlər ki, biz heç bir oyunda iştirak etmirik”. Qulu Məhərrəmli fikirlərini belə yekunlaşdırıb. 

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO