Trampın yaxın adamı 250 milyon girovla azadlığa çıxdı

Trampın yaxın adamı 250 milyon girovla azadlığa çıxdı

Hazırda oxunan: Trampın yaxın adamı 250 milyon girovla azadlığa çıxdı

29895

ABŞ-ın keçmiş prezidenti Donald Trampın andiçmə komitəsinin sədri Tom Barrak 250 milyon dollar girov müqabilində həbsdən azad olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "Assoşeyted Press" agentliyi məlumat yayıb.

Mənbə yazır ki, Los Anceles məhkəməsinin hakimi Patrisiya Dohanyu Barrakı sərt şərtlər altında azadlığa buraxıb. 

Barrak pasportunu təhvil verməli, olduğu yeri müəyyən etmək üçün GPS-monitor daşımalı, Cənubi Kaliforniya və Nyu York arasındakı gediş-gəlişi məhdudlaşdırmalı və komendant saatına riayət etməlidir.

Qeyd edək ki, 74 yaşlı Tom Barrak BƏƏ hökumətinə işləmək ittihamı ilə saxlanılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO