Kəlbəcərdə şəhid olan hərbçimizin VİDEOSU yayıldı

Kəlbəcərdə şəhid olan hərbçimizin VİDEOSU yayıldı

Hazırda oxunan: Kəlbəcərdə şəhid olan hərbçimizin VİDEOSU yayıldı

29736

Dünən Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülən şəhid hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlunun videosu yayılıb.

Bizim.Media xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yer alıb.

O, videoda “Bizim gəncəli qardaşımız Abbasa Kəlbəcərin Zodundan, Göyçə mahalından salamlar” deyib.

Xatırladaq ki, 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olan hərbçi bu gün dəfn ediləcək.

Vətən müharibəsində iştirak edən Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, F.Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO