Rusiya Ağdam Monitorinq Mərkəzindən görüntülər yaydı - VİDEO

Rusiya Ağdam Monitorinq Mərkəzindən görüntülər yaydı - VİDEO

Hazırda oxunan: Rusiya Ağdam Monitorinq Mərkəzindən görüntülər yaydı - VİDEO

29358

Rusiya Müdafiə Nazirliyi Ağdamda yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən yeni görüntülər yayımlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, monitorinq fasiləsiz olaraq “Forpost” və “Orlan-10” PUA-ları ilə aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Xarici jurnalistlər Ağdamda Monitorinq Mərkəzində oldular 


Xatırladaq ki, bu ilin yanvarında Mərkəzin açılış mərasimində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin və Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.

İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO