MİDA: “22 dekabrda güzəştli mənzillərin seçiminə başlanılır”

MİDA: “22 dekabrda güzəştli mənzillərin seçiminə başlanılır”

Hazırda oxunan: MİDA: “22 dekabrda güzəştli mənzillərin seçiminə başlanılır”

2931

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

Bizim.Media-ya MİDA-dan verilən məlumata görə, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabineti olan  vətəndaşlar mənzil almaq hüququna malikdir.

Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla mida.gov.az və mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 501 mənzil çıxarılır.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO