ŞOK: Ana qızının barmaqlarını kəsdi - VİDEO

ŞOK: Ana qızının barmaqlarını kəsdi - VİDEO

Hazırda oxunan: ŞOK: Ana qızının barmaqlarını kəsdi - VİDEO

29300

Qadın kibritlə oynayan azyaşlı qızının barmaqlarını kəsib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı znak.com saytı yayıb.

Mənbə yazır ki, dəhşətli hadisə Rusiyanın Ulan-Ude (Buryatiya) şəhərində baş verib.

Bildirilir ki, ailə tibb işçilərinə uşağın küçədə yaralandığını bildirib. Lakin sonradan qız palata yoldaşına dəcəlliyə görə barmağının anası tərəfindən kəsildiyini deyib.

“Qızın anası deyib ki, bıçağı gətirin, indi onun barmağını kəsəcəyəm. Birinci dəfədən alınmayıb, ikinci dəfədən alınmayıb, üçüncüdə isə bıçaq iki barmağına dəyib. Qıza da möhkəm-möhkəm tapşırıb ki, kim soruşsa, barmağının anası tərəfindən kəsildiyini deməsin”, - deyə pasientlərdən biri qızdan eşitdiklərini danışıb.

Həmçinin o, əlavə edib ki, uşaq döyüləcəyini deyərək, evə qayıtmaqdan qorxur.

Hazırda uşaq əməliyyat olunub, onun səhhəti təhlükə altında deyil. Həkimlərin sözlərinə görə, uşağın bədənində döyülmə izləri də var.

Ümumilikdə ailədə iki doğma, üç götürülmə uşaq var.

Hadisə ilə əlaqədar yoxlamalara başlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO