QURBANLIQ: Belə ətləri yesəniz, aqressivliyiniz artacaq - QAYDALAR

QURBANLIQ: Belə ətləri yesəniz, aqressivliyiniz artacaq - QAYDALAR

Hazırda oxunan: QURBANLIQ: Belə ətləri yesəniz, aqressivliyiniz artacaq - QAYDALAR

29186

Bu gün müsəlman aləminin müqəddəs bayramlarından biri olan Qurban bayramıdır. Dini ayinə görə qurban bayramında kəsilən heyvanlar imkansız ailələrə paylanılır. 
Bundan başqa Qurban bayramında, ümumiyyətlə ətin kəsim prosesini, həmin ətdən istifadə qaydalarına xüsusi diqqət yetirilməlidir.

Dietoloq Süsən Abbasova Bizim.Media-ya açıqlamasında bildirib ki, burada ən birinci heyvanın necə kəsilməsinə fikir vermək lazımdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda Qurban bayramı qeyd olunur


O, qeyd edib ki, birinci növbədə heyvanın kəsimi düzgün həyata keçməlidir.

“Heyvan kəsiləndə mütləq şəkildə onun qanının tamamilə orqanizmindən xaric edilməsinə fikir vermək lazımdır. Əks təqdirdə qan ətdə və heyvanın daxili orqanlarında qalır və ətə tünd qırmızı rəng verir. Bu ət bütün faydalı xüsusiyyətlərini itirir. Bu zaman ət dinləndirilməyib, dərhal istifadə olunsa, bu qidanı yeyən insanda aqressivlik əmələ gətirə bilər. Bu həzm prosesinin və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Düzgün kəsilməyən ətlər orqanizmdə çox ciddi fəsadlara yol açır”.

S.Abbasova kəsilən ətin mütləq şəkildə dinləndirilməsinin vacibliyini də vurğulayıb. 

“Bəzən Qurban bayramında kəsilən ət dərhal istifadə olunur. Bu normal orqanizm üçün fəsadsız ötüşə bilər. Lakin ümumiyyətlə götürsək ət 24 saat soyuduca qalmalıdır, bu zaman ət daha sağlıqlı olur. Əgər ətin dinləndirilməsinə imkan yoxdursa, onun yağda bişirilməməsi lazımdır. Yaxşı olar ki, ət közdə bişsin və insanlar qovurmalardan uzaq dursunlar”.

Dietoloq ətin düzgün yeyilməsindən də danışıb. O, qeyd edib ki, bişirilən ət yaxşı olar ki, bol tərəvəzlə yeyilsin.

“Mən əti turş tərəvəz və göyərtilərlə yeyilməsini tövsiyyə edərəm. Bu zaman ətin turşuluğu artacaq və həzm prosesinə yaxşı təsir göstərəcək. Üzərinə limon sıxılıb yeyilən ət isə daha xeyirlidir”.

Sonda mütəxəssis qara ciyər barəsində də fikirlərini Bizim.Media ilə bölüşüb.

O, bildirib ki, qara ciyərə də ət qədər fikir verilməlidir.

“Qara ciyər alan insanlar ilk əvvəl onun yumşaqlığına fikir verməlidir. Bu zaman qara ciyərin sərt olmamasına və üzərinin hamar olmasına fikir vermək lazımdır. Rəngi isə açıq olmalıdır. Həddən artıq tünd qara ciyər heyvanın qanının yaxşı buraxılmamasından xəbər verir. Bundan başqa qara ciyərə barmaqla toxunduqda çökəklik əmələ gəlməməlidir. Qoxusundan isə yüngül metal və qan iyi gəlməlidir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO