Azərbaycanda bu şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq? - VİDEO

Azərbaycanda bu şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq? - VİDEO

Hazırda oxunan: Azərbaycanda bu şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq? - VİDEO

29174

Qanunvericilikdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərlə, sərxoş halda idarə edənlərə tətbiq olunan cərimə eynidir. İnzibati Xətalar Məcəlləsinə görə, belə sürücülər 400 manat və beş cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırılırlar.

Bizim.Media xəbər verir ki, ekspertlər bu məsələyə yenidən baxılmasını təklif edirlər.

Narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərin bu əməli sanki adi bir hal alıb. Son vaxtlar tez-tez rast gəlinən belə hallar sözün əsl mənasında həyacan təbili çalır.

Təkcə ötən gün Bakı-Şamaxı yolunda yol polisi narkotik və psixotrop maddənin təsiri altında bir neçə belə sürücünü aşkar edib.

Qeyd edək ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimə, sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eynidir. 

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, alkoqollu içkilərdən istifadə edərək avtomobil idarə edən sürücülərlə narkotik maddələrdən istifadə edən sürücülərə tətbiq edilən cəzalar fərqli olmalıdır.

Xatırladaq ki, spirtli içki ilə müqayisədə narkotik maddə qəbul edən şəxs onun aludəçisinə çevrilir. Yəni bu o deməkdir ki, onu hər gün qəbul edir. Bu isə yol hərəkət iştrakçıları üçün potensial təhlükədən xəbər verir.

Ekspert hesab edir ki, belə halların qarşısı almaq üçün inzibati xətalar məcəlləsinə mütləq qaydada dəyişiklik olunmalıdır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO