SOCAR-ın vitse-prezidentləri vəzifələrindən azad edildi - Sərəncam

SOCAR-ın vitse-prezidentləri vəzifələrindən azad edildi - Sərəncam

Hazırda oxunan: SOCAR-ın vitse-prezidentləri vəzifələrindən azad edildi - Sərəncam

29101

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentlərinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Rusiyaya səfər edəcək


Bizim.Media xəbər verir ki, sərəncama əsasən, Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Dövlət başçısının digər sərəncamına əsasən, Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Prezident İlham Əliyev David Niyazi oğlu Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO