Şarl Mişel Gürcüstandadır

Şarl Mişel Gürcüstandadır

Hazırda oxunan: Şarl Mişel Gürcüstandadır

29030

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycandan sonra Gürcüstana səfər edib.

Bizim.Media xəbər verir ki, onun təyyarəsi Batumi beynəlxalq hava limanında enib.

Ş.Mişeli hava limanında Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel, Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Acarıstanın hökumət başçısı Tornike Rijvadze qarşılayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfəri başa çatdı


Aİ rəsmisi sabah Batumidə keçiriləcək “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı konfransda iştirak edəcək. 

Beynəlxalq tədbirə Gürcüstan prezidenti Salome Zurabişvili, Ukraynanın dövlət başçısı Vladimir Zelenski və Moldova lideri Maya Sandu da qatılacaq.

Ş.Mişelin Gürcüstanın hakim partiya və müxalifət nümayəndələri ilə görüşləri də planlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO