Aktyorun keçmiş arvadı və indiki nişanlısı birlikdə görüntüləndi - SƏBƏB

Aktyorun keçmiş arvadı və indiki nişanlısı birlikdə görüntüləndi - SƏBƏB

Hazırda oxunan: Aktyorun keçmiş arvadı və indiki nişanlısı birlikdə görüntüləndi - SƏBƏB

29019

Hollivud ulduzu Orlando Blumun keçmiş və indiki qadınlarının dost münasibətləri hər iki tərəfin parəstişkarlarının marağına səbəb olub. Belə ki, 36 yaşlı ifaçı Keti Perri, Blumun keçmiş arvadı 38 yaşlı Miranda Kerrin təşkil etdiyi yoqa məşqlərini ziyarət edib və onun kosmetika brendini sosial şəbəkədə reklam edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Haber Global" televiziyası yayıb.

"Rəfiqəm Miranda Kerri və onun brendi ilə velnes-gün (sağlam həyatın qorunması və saxlanılması) keçirdim", - deyə aktrisa yazıb. 

O, həmiləliyindən bəri ilk dəfə yoqa ilə məşğul olduğunu da vurğulayıb.

Ketinin nişanlısı 44 yaşlı Orlando Blum paylaşımın altından şərh yazıb:

"İkiniz də çox sevimlisiniz. Ən maraqlısını ötürürəm", - deyə o, şərh yazıb.

"Üzüklərin əfəndisi"nin Leqolasının bu münasibəti pərəstişkarlarının böyük marağına səbəb olub, onlar şərhi səkkiz minə yaxın bəyəniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO