Yaponiyada polis Olimpiadaların açılış və bağlanış mərasimlərinə ev sahibliyi edəcək Tokio Milli Stadionunda bir qıza təcavüz etməkdə şübhəli bilinən 30 yaşlı Özbəkistan vətəndaşını həbs edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Kyodo xəbər agentliyi yayıb.
Mənbə yazır ki, zorlanan qız tədbirlərlə əlaqəli işə götürülüb. Həbs olunan özbəkistanlı tələbə isə jurnalistlər üçün yemək hazırlayan bir podratçının əməkdaşı olub. Digər məlumatlar verilmir.
Xatırladaq ki, Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci il tarixlərində keçirilməli idi, lakin koronavirus səbəbiylə bir il təxirə salınıb.
İndi Oyunlar 23 iyul - 8 avqust tarixlərində, xarici azarkeşlər olmadan keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:49 / 18.07.2021
Özbəkistanlı tələbə Tokio Olimpiadasında bir qızı zorlayıb?
Hazırda oxunan: Özbəkistanlı tələbə Tokio Olimpiadasında bir qızı zorlayıb?
Hazırda oxunan: Özbəkistanlı tələbə Tokio Olimpiadasında bir qızı zorlayıb?
28983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.