Ramil Həsən: “Azərbaycan Türkiyə münasibətləri regiona sülh, əminamanlıq, sabitlik gətirəcək”

Ramil Həsən: “Azərbaycan Türkiyə münasibətləri regiona sülh, əminamanlıq, sabitlik gətirəcək”

Hazırda oxunan: Ramil Həsən: “Azərbaycan Türkiyə münasibətləri regiona sülh, əminamanlıq, sabitlik gətirəcək”

2896

Türkiyə və Azərbaycan əlaqələri qədim köklərə malikdir.

Amma qısa zaman kəsiyində, cəmi 44 gündə Azərbyacanın qəhrəman Ordusu öz torpaqlarını işğaldan azad edərkən biz bu qardaşlığa dayanan əlaqələrin nə qədər sıx, qırılmaz tellərlə bir-birinə bağlı olduğunu gördük. 

Bizim Media xəbər verir ki, millət vəkili Ramil Həsən bu sözləri Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı durumundan danışarkən deyib. Əlavə edib ki, Türkiyə 44 gündə bizə siyasi, mənəvi dəstək verdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün çıxışlarında Azərbaycandan, Dağlıq Qarabağdan, haqlı davamızdan danışdı və hər addımda qardaşlarının yanında olduğunu xüsusi vurğuladı. 

“Günümüzdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi keyfiyyətləri və liderliyi ilə ölkələrimiz arasındakı münasibətlər nə qədər yüksək ola bilərsə, həmin yüksəkliyin zirvəsindədir”, deyən R. Həsən, onu da vurğuladı ki, ən böyük sınaqdan keçdiyimiz müharibə bu qardaşlığın, dostluğun əbədi olduğunun sübutu idi: 

“Türkiyə və Azərbaycan əlaqələri bu günə qədər regiona uğur gətirib. İndi isə iqtisadi, siyasi, hərb sənayesi cəhətdən daha da güçlü, strateji və coğrafi baxımdan Avropa və Asiyanı birləşdirmək gücünə malik olan iki qardaş dövlətin əlaqəsi və münasibətləri regiona sülh, əminəmanlıq, istiqrar, sabitlik gətirəcək''.

''Bundan sonra Türkiyə və Azərbaycan beynəlxalq təhlükəsizlik xartiyalarında iki qardaş, müttəfiq dövlət olaraq daha böyük inam, güvənlə iştirak edəcəklər”.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyada eyni köklərə sahib dövlətlər olsa da, heç birinin münasibətləri Azərbaycan və Türkiyə dövlətlərinin münasibəti səviyyəsində ola bilməz”, deyən millət vəkili səbəbini də açıqladı.

Onun sözlərinə görə, nə qədər eyni köklərə, millətə sahib olsanız da, sizə rəhbərlik edən dövlət başçılarının bilavasitə şəxsi mövqeyi və iştirakı, liderlik xüsusiyyətləri mühümdür: 

“Bu baxımdan iyirmi birinci əsrdəki Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dostluğu eyni kökə mənsub olan böyük bir millətin övladlarını sadəcə yaxınlaşdırmaqla bitməyir, biz strateji əlaqələrin elə bir üst səviyyəsinə çatmışıq ki, buna örnək ola biləcək ikinci bir ölkə yoxdur”.

Ağanisə Sultan, Bizim.Media   
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO