Elnarədən makiyajsız FOTO

Elnarədən makiyajsız FOTO

Hazırda oxunan: Elnarədən makiyajsız FOTO

28941

Müğənni Elnarə Xəlilova  İnstaqram hesabında makiyajsız halı ilə fotosunu paylaşıb. 

Bizim.Media xəbər verir ki, müğənni bildirib ki, həyat bizə sağlam və azad yaşamaq üçün verilib. Odur ki, bu həyatı başqalarını tənqid etməklə keçirməyə dəyməz:

"Fərqi yoxdur, necə görsənirsinizsə görsənin: yaşlı, cavan, kök, arıq, sadə, yaxud qlamur. Bir şeyi heç zaman yadınızdan çıxarmayın: Allah bu ömrü bizə yaşamaq üçün verib. Sağlam və rahat yaşamaq üçün. Ona görə də, əgər sağlam və rahat yaşamaq istəyirsizsə, həyatınızdakı neqativlərdən, kindən, paxıllıqdan, kədərdən uzaq olun.

Balaca şeylərlə xoşbəxt olmağı bacarın. Üzünüzdən təbəssümü əskik etməyin. Mehriban olun. Qəlb qırmayın, haqq yeməyin, lağ etməyin, eyib açmayın. Heç kəsə yuxarıdan aşağı baxmayın. Çünki bunu yalnız Allah edə bilər. Evdə yaşlı ana və nənələrinizin, xala və bibilərinizin, ata və babalarınızın, əmi və dayılarınızın qədrini bilin. Əyninizə nə rahatdırsa, onu geyinin. Sizə necə rahatdırsa, elə yaşayın. Yetər ki, sağlam və xoşbəxt olasız".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO