Özünüməşğulluq proqramına nəzarət mexanizmi yaradılacaq

Özünüməşğulluq proqramına nəzarət mexanizmi yaradılacaq

Hazırda oxunan: Özünüməşğulluq proqramına nəzarət mexanizmi yaradılacaq

28932

Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndiriləcək.

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun məşğulluqla bağlı bir sıra normativ aktlara dəyişikliklər edilməsi barədə qərarına verilən izahda qeyd olunub.

Qərarda nəzərdə tutulan əsas dəyişikliklər:

1. İşaxtaran şəxslərin haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına cəlb olunmasına imkan yaradılır;

2. “Məşğul şəxslərin reyestri”nin aparılmasında inzibatçılıq təkmilləşdirilir;

3. Məşğul şəxslər barədə məlumatlar elektron qaydada aidiyyəti dövlət qurumlarının elektron sistemlərindən əldə olunur;

4. Özünüməşğulluq proqramına cəlb olunan şəxslərin inkişafı baxımından, təqdim olunmuş əmlakların istifadə və monitorinq müddəti 2 ildən 1 ilədək azaldılır və daha səmərəli nəzarətin təmin edilməsi üçün elektron monitorinq mexanizmi yaradılır;

5. Məşğulluq tədbirlərinin təşkilində elektron xidmətlərin tətbiqi daha da genişləndirilir;

6. ƏƏSMN-yi tərəfindən yaradılmış “Məşğul şəxslərin reyestri”nə hazırda kağız daşıyıcılarda təqdim olunması tələb olunan aşağıda qeyd edilən məlumatlar dəyişikliklərdən sonra elektron qaydada müvafiq dövlət informasiya sistemlərindən əldə olunacaq:

* muzdla çalışanlar haqqında məlumatlar (xüsusi rütbəlilər və s.) - məcburi dövlət sosial sığorta haqları üzrə sığorta edənlər tərəfindən təqdim olunan hesabat məlumatları əsasında, İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemindən;

* kənd təsərrüfatına yararlı torpaq pay mülkiyyətçiləri – İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” sistemindən;

* ailə kəndli təsərrüfatlarının üzvləri barədə məlumatlar - Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” sistemindən;

* miqrasiya sahəsində məlumatlar – Dövlət Miqrasiya Xidmətinin müvafiq informasiya sistemindən;

* Özünüməşğulluq proqramı üzrə daha səmərəli nəzarətin təmin edilməsi üçün elektron monitorinq mexanizmi yaradılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO