“Həyatımda ilk dəfə idi ki, 29 il yaşadıqlarımı tamam unudub, 11 yaşıma dönmüşdüm. hamıdan ayrılıb uşaq kimi ora bura qaçırdım,kameranı qaldırıb özümü çəkəndə fikirlirdim ki ,bu kişi kimdir?! endirəndə yenə də 11 yaşlı Zaur olurdum. Bəlkə də inanmazsınız ,gəlib çəkdiklərimə baxanda gördüm ki sən demə dağılıb çox yer ,amma Allah şahiddir mən orda bunu hiss etmədim. elə bilirdim hər şey uşaq vaxtı qoyib gəldiyim kimidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Zaur Baxşəliyev Şuşada yaşadığı təəssüratlar barədə instaqram hesabında yazıb.
“Çox qəribə duyğudur anlada bilmirəm. Başa salmaq çox çətindir ,çünki özüm də anlamıram 29 ili bir gündə necə unudmaq olar ,heç kimi və heç nəyi xatırlamamaq olar. Mən telefona da cavab vermək istəmirdim,elə bilirdim hamı mənə mane olur. 11 yaşımda qalmış Zauru böyütdüm,atasının olmadığını başa saldım. Və körpəlik travmalarını adlatdım. Böyüdüm bir sözlə, böyüdüm. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin,qazilərimizə can sağlığı versin”.
Bizim.Media