Azərbaycan neft ixracını 12 %-ə yaxın azaldıb

Azərbaycan neft ixracını 12 %-ə yaxın azaldıb

Hazırda oxunan: Azərbaycan neft ixracını 12 %-ə yaxın azaldıb

28877

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13,546 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 5,744 milyard ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may ayları ərzində ixrac edilən xam neftin həcmi ötən ilin müvafiq dövründən 11,7 % az, dəyəri isə 7,6% çoxdur.

Bu ilin 6 ayı ərzində Azərbaycanın ümumi ixracında xam neftin payı 65,2 % olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO