Laçındakı erməni: «Azərbaycanlılarla yaşamaq istəyirəm»

Laçındakı erməni: «Azərbaycanlılarla yaşamaq istəyirəm»

Hazırda oxunan: Laçındakı erməni: «Azərbaycanlılarla yaşamaq istəyirəm»

2886

Laçında məskunlaşan erməni azərbaycanlılarla birgə yaşamaq istədiyini deyib.

Bizim.Media Sputnik Armenia-ya istinadən bildirib ki, Laçının kəndlərindən birində məskunlaşan erməni Gegan Harutyunyan azərbaycanlılar Laçına yerləşəcəyi təqdirdə də, buranı tərk etməyəcəyini söyləyib.

O azərbaycanlılarla  birgə yaşamağa davam edəcəyini açıqlayıb.

1991-ci ildə Laçına köçdüyünü deyən Hartutyunyan burda qalmaqdan başqa çarəsinin olmadığını deyib:

"İkinci dəfə hara gedim? Yox. İstəmirəm, getməyəcəm. Ruslar qalsalar, qalacağıq. Getsələr də, qalacağam.

Azərbaycanlılarla birgə yaşamağa cəhd göstərəcəyəm. Niyə də ki, yox. Birgə yaşamağa çalışacağıq. Başqa çarə yoxdur" .

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO