Günellə Rəqsanə arasında QALMAQAL - “Eşitdim, orada yüz minlik söhbətlərə gedirsən” - VİDEO

Günellə Rəqsanə arasında QALMAQAL - “Eşitdim, orada yüz minlik söhbətlərə gedirsən” - VİDEO

Hazırda oxunan: Günellə Rəqsanə arasında QALMAQAL - “Eşitdim, orada yüz minlik söhbətlərə gedirsən” - VİDEO

28571

"Rəqsanə, sözüm sənədir. Orada oturursan, yetənə yetirsən, yetməyənə daş atırsan.

Gündəmdə qalmağı bacarırsan. Buna görə səni təbrik edirəm".

Bizim.Media xəbər verir ki, müğənni Günel Ələkbərova Rəqasanə İsmayılovanın onun haqqında dediklərinə cavab verib. 

Onun szlərinə görə, Rəqsanə "Maşın" şouda yaşanan hadisə ilə bağlı yalan danışıb:

"Məni ikiüzlü təqdim etdin. Danışanda kəlimələrinə fikir ver. Bunu efirdə deyirsən, tamaşaçı baxır. Səliqəli ol. Elə bir şey olsaydı, sən mənə uduzub yarışmadan getməzdin. Tamaşaçı səni oyundan uzaqlaşdırdı, məni saxladı.

Elə söhbət olub, amma başqası ilə... Havada boşqablar uçub. Sən də maşın ətrafında dayananlardan biri idin. Necə deyə bilirsən, Günellə mənim aramda olub. Deyirsən, Murad Dadaşov və Röya Ayxan şahiddir. Günorta olanda Murad Dadaşov olmur.

Eşitdim, orada yüz minlik söhbətlərə gedirsən, bir azdan sənə ad da verərlər. Pis qız deyilsən, amma səliqəli danış".

Qeyd edək ki, Rəqsanə verilişlərin birində  Günellə aralarında dava olduğunu deyib:

"Onunla aramızda qırğın olub, boşqablar havada uçurdu. "Maşın" şouda Günel gəlirdi bizim yanımıza, axşam gedirdi başqa tərəfə. Günel, sənin danışmağın yersiz idi" sözlərini söyləmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO