Tbilisi meri Fəvvarələr Meydanını gəzdi - FOTO

Tbilisi meri Fəvvarələr Meydanını gəzdi - FOTO

Hazırda oxunan: Tbilisi meri Fəvvarələr Meydanını gəzdi - FOTO

28516

Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya gəlib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıya gəlişlərinin ilk günündə qonaqlar İçəri şəhərdə qədim şəhərin tarixi abidələri ilə tanış olub, “Fəvvarələr Meydanı”nı gəzib, Heydər Əliyev Mərkəzində olublar.

Həmin gün Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Gürcüstan Respublikasının paytaxtı Tbilisi səhərinin meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü keçirilibdir.

Azərbaycan və gürcü xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Tbilisi meri Kaxa Kaladze bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. O, Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO