Qarabağla bağlı Türkiyə Nazirlər kabinetinin iclası keçiriləcək

Qarabağla bağlı Türkiyə Nazirlər kabinetinin iclası keçiriləcək

Hazırda oxunan: Qarabağla bağlı Türkiyə Nazirlər kabinetinin iclası keçiriləcək

2848

Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıya Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaranmış son vəziyyət, atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı məsələ də müzakirə ediləcək.

Qeyd olunub ki, iclasda həmçinin koronavirus pandemiyasına qarşı mübarizə və Şərqi Aralıq dənizindəki son durum, xüsusilə karbohidrogen ehtiyatlarının kəşfiyyat-axtarış prosesləri, Şimali Kipr Türk Respublikasına ediləcək sərmayələr və digər mövzular müzakirəyə çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO