“Azərpoçt”da pul köçürmələri niyə bahadır? – TARİFLƏR 

“Azərpoçt”da pul köçürmələri niyə bahadır? – TARİFLƏR 

Hazırda oxunan: “Azərpoçt”da pul köçürmələri niyə bahadır? – TARİFLƏR 

28456

Qloballaşan dünyada maliyyə münasibətləri daha da çevikləşdirilir. Pul köçürmələrində daha rahat mexanizmlər yaradılır ki, bu da nəticədə iqtisadiyyata öz töhvəsini verir. 

Azərbaycanda tətbiq olunan tariflər isə çevik sistemlərdən geniş istifadəyə əngəl yaradır. 

Ölkəmizdə 2002-ci ildə  “Azərpoçt” MMC-yə məxsus təcili pul köçürmə sistemi yaradılıb. Ölkənin istənilən yerinə anında pul köçürülməsi təklif olunur. Qiymətlər isə məntiqdən çox uzaqdır. 
 

MÖVZU İLƏ BAĞLI:

“AzərPoçt” niyə innovativ ola bilmir? - Özəlləşdirməyə ehtiyac var


Əgər ölkədaxilinə cəmi 20 manatadək pul köçürmək niyyətiniz varsa, bunun üçün 80 qəpik ödəməlisiniz. Doğrudur, bu o qədər də böyük məbləğ kimi gözə görünmür, narahatedici məqam məbləğin qrafik üzrə yüksəlməsidir.

 “Azərpoçt” –un ölkədaxili tariflərini təqdim edirik:

- 20,01 manatdan 50 manatadək – 1,50 AZN

- 50,01 manatdan 100 manatadək – 2.70 AZN

- 100,01 manatdan 200 manatadək – 4.70 AZN

- 200,01 manatdan 400 manatadək – 7.80 AZN

- 400,01 manatdan 600 manatadək - 9,60 AZN

- 600,01 manatdan 800 manatadək - 10,40 AZN

- 800,01 manatdan 1000 manatadək - 11,00 AZN

- 1000,01 manatdan yuxarı hər tam və natamam 200 manat üçün əlavə olaraq – 1.00 AZN

“Azərpoçt”-un xarici ölkələrə beynəlxalq poçt pul köçürmə təkliflərinə gəlincə, qeyd edək ki, köçürmə 2 gün müddətinə çatır. Türkiyə, Rusiya, Belarus, Ukrayna, Qazaxstan, Litva, Özbəkistan, Gürcüstan, Moldova ilə mübadilə aparılır. 

Pul köçürməsinin göndərilməsi və ödənilməsi manatla həyata keçirilir. Qarşı tərəfə ölkənin qanunvericiliyinə əsasən milli və ya xarici valyutada ödənilir. Pul köçürməsinin maksimal məbləği müqaviləyə əsasən ölkədən asılı olaraq dəyişir.

Beynəlxalq poçt pul köçürmələri tariflərini təqdim edirik:

- 100 manatadək - 5,00 AZN

- 100,01 manatdan 200 manatadək - 8,40 AZN

- 200,01 manatdan 400 manatadək - 14,30 AZN

- 400,01 manatdan 600 manatadək - 18,20 AZN

- 600,01 manatdan 800 manatadək -  20,60 AZN

- 800,01 manatdan 1000 manatadək - 22,00 AZN

-1000,01 manatdan yuxarı hər tam və natamam 200 manat üçün əlavə olaraq – 1.50 AZN

Öncə ölkədaxili köçürmələrlə bağlı tariflərə toxunaq. Hər halda “Azərpoçt” müasir dövrdə bir şəhərdən digərinə pul köçürməsini inkisator maşınları vasitəsilə həyata keçirmir. Prosedur necə həyata keçirilir ki, yüksək tariflər tətbiq olunur?

İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində ölkədaxilində poçt vaistəsilə pul köçürmələri üçün əməliyyat xərcləri tutulmur:

““Azərpoçt” özü bank olmayan, bank xidməti göstərən təşkilatdır. Ölkənin hər yerində şöbələri olduğundan bu qurum üçün ölkədaxili pul köçürməsi çox asandır. Bunun üçün əlavə xərc tələb olunmur. Yəni vətəndaş bir poçt şöbəsində ödəniş edir, eyni balansda olan digər poçt şöbəsindən həmin vəsait göndərilən şəxsə ödənilir. Ona görə də bunun hansısa rüsuma bağlanması doğru deyil. Ölkədaxilində rüsumları poçt idarəsinin özü müəyyənləşdirir. Hasısa nəzarət mexanizmi isə yoxdur. Seçim imkanlarının olmadığını nəzərə alsaq, “Azərpoçt”-un inhisarçıya çevirildiyini demək olar”.

İqtisadçı xaricdən pul köçürmələri ilə bağlı yaranan narazılıqlara da toxunub: 

“Vəsaitin valyuta ilə köçürülməsinə baxmayaraq, poçt idarəsində rəsmi məzənnəyə uyğun olaraq ödənişləri manatla etməyə çalışırlar. Ən çox da avro ilə ödənişlər zamanı narazılıqlar baş verir. Məlumdur ki, avronun rəsmi məzənnəsi bazara nisbətən aşağı göstərilir. Poçt xidməti vəsaiti manatla ödəyən zaman vətəndaşa ziyan dəymiş olur”.

Beynəlxalq poçt pul köçürmələrinə tətbiq olunan rüsumlara gəlincə, Natiq Cəfərli deyib ki, hər bir şirkətin öz rüsum siyasəti var: 

““Azərpoçt” şirkətlərlə müqavilə bağlayır və tutulan vəsait rüsumlara uyğunlaşdırılır. Azərbaycanda beynəlxalq pul köçürmələrində əsasən Rusiya şirkətləri iştirak edir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO