Putin Ukraynadan yazdı: \

Putin Ukraynadan yazdı: \"Biz birlikdə güclüyük\"

Hazırda oxunan: Putin Ukraynadan yazdı: \"Biz birlikdə güclüyük\"

28376

Vladimir Putin rusların və ukraynalıların tarixi birliyinə həsr olunmuş məqalə yazıb.

Bizim.Media xəbər verir ki, məqalə Kremlin saytında yerləşdirilib.

Putin məqaləsində rusları və ukraynalıları vahid xalq hesab etdiyini bildirib:

"Vurğulamaq istəyirəm ki, son illərdə Rusiya ilə Ukrayna, əslində ortaq tarixi və mənəvi məkanın hissələri arasında divar yaranmasını faciə kimi qəbul edirəm.

Bu, müxtəlif dövrlərdə etdiyimiz səhvlərimizin nəticəsi olmaqla yanaşı, həm də daim bizim birliyimizi pozmağa çalışan qüvvələrin məqsədyönlü işinin nəticəsidir.

İstifadə olunan tarixi düstur məlumdur: parçala, hökm et. Ortada yeni bir şey yoxdur. Milli məsələ ilə oynamaq, insanlar arasında nifaq salmaq cəhdləri də buradan gəlir. Əsas vəzifə vahid xalqı bölmək, sonra isə üz-üzə qoymaqdır".

Rusiya Prezidenti həmçinin qeyd edib ki, “Biz birlikdə dəfələrlə güclü və daha uğurlu olmuşuq və olacağıq.

Axı biz vahid xalqıq. Bir şey söyləyəcəyəm: Rusiya heç vaxt “anti-Ukrayna”olmayıb və olmayacaq. Ukrayna necə dövlət olacaq- buna vətəndaşları qərar verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO