Su quyusundan çıxan QIZIL – Ev sahibini nə gözləyir?

Su quyusundan çıxan QIZIL – Ev sahibini nə gözləyir?

Hazırda oxunan: Su quyusundan çıxan QIZIL – Ev sahibini nə gözləyir?

28352

Xəbər verildiyi kimi Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilib. Yerin altından çıxan qəribə metal parçaları yoxlanıldıqdan sonra qızıl olduğu məlum olub.

Bizim.Media-ya bu barədə danışan Hacılar kənd ərazi nümayəndə rəhbəri Ağamir Abbasov qızıl parçalarının kənd sakini Tələt Sahib oğlu Quliyevin həyətindən çıxdığını bildirib:

“Kənddə ilk hadisədir. Sakin həyətində 2 metr dərinlikdə su quyusu qazıb. Bu zaman parıltı müşahidə edib. Həmin metal parçalarını kənddəki zərgərə göstəriblər, o da qızıl olduğunu deyib. Ərazi üzrə hüquq-mühafizə orqanlarından, Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində olan Milli Geoloji Kəşfiyyat Xidmətindn də gəlmişdilər. Onlar bir neçə kiloqram həmin qızıldan götürüb yoxlamaya apardılar. Bildirdilər ki, 1 ton torpaqda bir neçə qram qızıl olarsa, onun sənayə əhəmiyyəti olacaq. Rəsmi qurumar aşkar edilən metal parçalarının qızıl olduğunu təsdiqləmədilər. Labaratoriyada yoxlanıldıqdan sonra bilinəcək”.

Ağamir Abbasov Tələt Quliyevin həyətindən çıxan qızılın dəyərinin 25 faizinin ona veriləcəyi məsələsinə də münasibət bildirib.

O, deyib ki, ölkə başçısının son dövrlərdə verdiyi sərəncama görə həyətyani sahə olsa belə 3-4 metr dərinlikdən sonra çıxan sərvət dövlətə məxsusdur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO