Millimizə görə dronlar qadağan edildi

Millimizə görə dronlar qadağan edildi

Hazırda oxunan: Millimizə görə dronlar qadağan edildi

2822

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının VI turunda Lüksemburqla qarşılaşacağı "Jozi Bartel" stadionunda və onun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bizim.Media xəbər verir ki, bu barədə  "Tageblatt" nəşri məlumat yayıb.

Məlumata görə, Canni De Byazinin baş məşqçi olduğu komanda gecə-gündüz müşayiət olunur.

Komandanın qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib.

Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.

Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi.

Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.

Noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO