Moskva – Antalya reysinin sərnişini bu addımı ilə gündəm oldu - VİDEO

Moskva – Antalya reysinin sərnişini bu addımı ilə gündəm oldu - VİDEO

Hazırda oxunan: Moskva – Antalya reysinin sərnişini bu addımı ilə gündəm oldu - VİDEO

28178

Moskva – Antalya reysi ilə uçmalı olan təyyarədə yaranmış texniki nasazlıq sərnişinləri ciddi narahatlığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “Mash” “Telegram” kanalı yayımlayıb.

Bildirilib ki, sözügedən reys üzrə səfərə hazırlaşan təyyarənin kondisioner sistemi sıradan çıxıb və uçuş təxirə salınıb. Bununla belə, xəta aradan qaldırılana qədər sərnişinləri təyyarənin göyərtəsindən təxliyyə etməyiblər.

İki saata yaxın qapalı vəziyyətdə qalan insanların səhhətində problemlər yaşanıb. Onlardan bəziləri istiyə dözməyərək huşlarını itiriblər.

Lakin mövcud vəziyyətlə barışmaq istəməyən sərnişinlərdən biri qəhrəmanlıq etmək qərarına gəlib. O, təyyarənin qəza çıxış lyukunu açaraq insanların hava almasına şərait yaradıb.

Hələlik, həmin sərnişinin bu qəhrəmanlığının hansı nəticə verməsi ilə bağlı məlumat yoxdur.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO