İran rəsmilərinin iqtisadi əməkdaşlıq adı altında Ermənistana səfəri - Məsələyə ETİRAZ EDİLDİ

İran rəsmilərinin iqtisadi əməkdaşlıq adı altında Ermənistana səfəri - Məsələyə ETİRAZ EDİLDİ

Hazırda oxunan: İran rəsmilərinin iqtisadi əməkdaşlıq adı altında Ermənistana səfəri - Məsələyə ETİRAZ EDİLDİ

28075

İranın Şimali Xorasan vilayəti rəsmilərinin Ermənistana səfər xərcləri ilə bağlı qalmaqal yaranıb.

Bizim.Media “Mehr” agentliyinə istinadla xəbər verir ki, İranın Bocnurd şəhərinin imamı Rəhim Məhdəvipur Şimali Xorasan vilayətindən biznesmsenlərin Ermənistana səfərinin əsl məqsədinin açıqlanmasını tələb edib.

“Məmurların və investorların başqa vilayətlərə və ya xarici ölkələrə səfər etməsi normal haldır, ancaq məsələ, bu səfərlərin necə həyata keçiriləcəyi ilə bağlıdır. Şimali Xorasan əyalətinin Ermənistanla coğrafi məsafəsi uzundur. İqtisadçıların sözlərinə görə, burada Ermənistan məhsullarına da  tələbat yoxdur. Yəni, qurulmaqda olan ikitərəfli münasibətlər iqtisadi cəhətdən səmərəli sayılmır. Onda belə bir sual yaranır ki, Şimali Xorasan əyalətinin məsul şəxslərinin və iş adamlarının Ermənistana səfəri hansı məqsədləri güdür?!”,- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO