Bu kafelər CƏRİMƏLƏNDİ 

Bu kafelər CƏRİMƏLƏNDİ 

Hazırda oxunan: Bu kafelər CƏRİMƏLƏNDİ 

28050

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. 

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 8-də ölkə üzrə 389 ictimai iaşə obyektində 649 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., dəniz kənarında yerləşən, fiziki şəxs Hacıyev Sürətdin Sarıxan oğluna məxsus “Ləpədöyən” kafesi;

2. Bakı şəhəri, Nərimanov rayonu, X.Xoyski 146 ünvanında  yerləşən, fiziki şəxs Hacıyeva Natəvan Aris qızına məxsus  “Lord S pub” kafesi;

3. Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 106‎ ünvanında yerləşən, fiziki şəxs Abdulkadir Atlıya məxsus restoran;

4. Bakı şəhəri, Nərimanov ‎rayonu, X.Xoyski 121E ünvanında yerləşən, hüquqi şəxs "Matin" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Askar” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

5. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Mahmudov İsmət Musa oğluna məxsus kafe.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO