Bu mövzu qəbul imtahanından çıxarılır - DİM 

Bu mövzu qəbul imtahanından çıxarılır - DİM 

Hazırda oxunan: Bu mövzu qəbul imtahanından çıxarılır - DİM 

28000

İqtisadi rayonların yeni bölgüsü ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq edilib.

Məlumat üçün bildiririk ki, iqtisadi rayonların yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü növbəti illərdə dərsliklərə salındıqdan sonra qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO